1
Yorum
1
Beğeni
5,0
Puan
1326
Okunma
Qaranlıq otaq...
Stolun bir küncündə
qaranlıqdan qorxmuş kimi
titrəyərək yanan
bir şamın qızartısı
işıqlandırır onu.
Bu qırmızı sərhəddən başlayır
yalnızlığın atası,
qara zülmətin sonu.
Masanın üzərinə
şəkillər səpələnmiş,
Tarix ağ-qara geyib
bəyaz kağızlar üstə
küskün bir dəniz kimi
dalğa-dalğa ləpələnmiş.
... İllər öncə bu şəkil
toyunda çəkilmişdi.
Bu qızla, cavan oğlan
indi görəsən harda,
harda gəzir, dolanır?
Bu şəkildə körpələri doğulan
o xoş günün, saatın
şirin xatirələri
zərrələrə əkilmişdi.
Deyəsən, dünya kimi...
Deyəsən, tarix kimi...
Şəkillər də qocalır.
Onlar da insan kimi
bir gün ölür deyəsən,
Şəkillərin ömür şamı
bir gün sönür deyəsən.
Tarixdən qopub düşən
bir yarpaqdır
hər şəkil,
İnsan bir toxunuşla
zamanın şəklin çəkir.
Şəkillər gələcəkdən
xəbər verir deyəsən,
Şəkillər insanların
ömrün dərir deyəsən.
Xoşbəxt keçən bir anın
şirin xatirəsini
yaşatsa da qoynunda,
Bəzən əzab çəkdirir...
... Bu qaranlıq otaqda
şəkillər içrə şair...
O keçmiş xatirələr
kəndir olub boynunda
asılmışdı tavandan.
Ölümün acısıyla
sıxılmış ovucunda,
Bir şəkil əzilmişdi,
nişanəydi toyundan.
5.0
100% (3)