2
Yorum
2
Beğeni
5,0
Puan
1143
Okunma
Tərtəmiz, aydın səma...
Dəcəl, şıltaq dalğalar...
Saçlarımı oxşayan
mehriban, sərin külək...
Hər bir xəyal, hər dilək
sanki körpə bir bəbək
Gözəl, kiçik nənnidə
asta-asta yırğalar.
Ürəyimdə tərtəmiz
saf bir məhəbbət vardır,
Bu dünya aşiq üçün
əlbət ki, darısqaldır.
Dünyadan büyük olan
eşq adlı səadətim
Yerləşibdir bu təndə,
sinəm altda-Ürəkdə,
Yaşayır hər arzuda,
gülür hər bir diləkdə.
Görəsən məhəbbətin
öz yurdu bəs haradır?
Bəlkə ürək özü də
RƏBBİMin hüzuruna
açılan darvazadır?
Məhəbbət məhz O`nadır,
Bu yol O`nun yoludur,
Qalan bütün sevgilər
bu sevgidən doğulur.
Demək, qəlbimdəki eşq
bu sevgidən qəlpədir,
Çox möhtəşəm dalğadan
ayrılan bir ləpədir.
Sənə olan hislərim
o sevgidən güc alır.
O`na olan sevgidən
doğulmuş məhəbbətlər
əbədiyyən yaşayır.
5.0
100% (3)