0
Yorum
0
Beğeni
5,0
Puan
1099
Okunma
Bahar gəlib, atamoğlu,
sən olduğun yerlərə,
Güllər öz ətrini
saçmaqda yenə.
Yaşıl çəmənlərə,
mavi göylərə
Külək sığal çəkir,
günəş nur saçır.
Burdasa....
Burdasa kainat
özündən qaçır.
Yandırır əlimi
buz salxımları,
Əlimi dondurur
od dilimləri,
Buludlar torpağın
üstündə gəzir,
Kimsə göyə sərib
yun kilimləri.
Yoxuşlar üz tutub
aşağı qaçır,
Enişlər zirvəyə
dikib gözünü.
Ulduzlar göylərə
tutub üzünü
Torpaqdan boy atır,
torpaqdan çıxır.
Güldürür üzümü
bədbəxt günlərim,
Xoşbəxt günlərimsə
qəlbimi sıxır.
İtlər miyoldayır,
pişiklər hürür,
Eşidir gözlərim,
qulağım görür.
Günəş də dondurur.
Buz tutub yəqin.
Sən başqa dünyada,
yoxdur xəbərin.
Dostlar arxasını
döndərib gedir,
Düşmən süfrə açır,
çörək yedirir.
Kainat xəyanət edib özünə.,
Əyrini hakim kəsib düzünə.
Qul olub şeytanın
odlu gözünə,
Tıxayıb qulağın,
HAKK`ın sözünə.
5.0
100% (2)