3
Yorum
0
Beğeni
5,0
Puan
860
Okunma
Çıxdım ceyran düzünə,
Baxdım göyün üzünə,
Yar,səni dəyişmərəm
Gözəllərin yüzünə.
Sel gəldi,qaya düşdü,
Sədası Aya düşdü,
Üzük aldım nişana
Əlimdən çaya düşdü.
Ulduz ulduza baxdı,
Dözmədi biri,axdı,
Bu gecə özgə gecə,
Yarım mənə qonaqdı.
Başından al yazmanı,
Boynuna sal yazmanı,
Gərdənini görərlər,
Qız,belə çal yazmanı.
Kəmərəm,zağla məni,
Belinə bağla məni,
Dərdindən öldürmüsən,
Tök zülfün,ağla məni.
5.0
100% (1)