2
Yorum
1
Beğeni
5,0
Puan
860
Okunma
Elma bar olanda gəl,
Heyva saralanda gəl,
Gündüz gəlmə,görürlər,
Hava qaralanda gəl.
Ətəkləri saya qız,
Özü sarı maya qız,
Nişanımız geçikdi
Qaldı gələn aya qız.
Bu yollar geçilməyir,
Tozludu,qaçılma yır,
Yarın qapısı bağlı
Neynirəm açılmayır.
Külək əsər dal düşər,
Meyvələri kal düşər,
Öpərəm yanağından,
Bir cüt qara xal düşər.
Gönlümü zar eylədin,
Özünə yar eylədin,
İkimiz bir döşəkdə,
Döşəyi dar eylədin.
5.0
100% (1)