2
Yorum
2
Beğeni
5,0
Puan
995
Okunma
A yollar,qara yollar,
Gedərsiz hara,yollar,
Alın məni götürün
O nazlı yara,yollar.
Karvanı haylamayın,
Yol geçir,əyləməyin ,
Xəstəyəm,can üstəyəm,
Anama söyləməyin.
Dərdimi dedim daşa,
Neynim,düşmədi başa,
Burda bir qərib ölmüş,
Deyin yara yoldaşa.
Durnalar göçdü getdi,
Yanımdan geçdi getdi,
Mən əkdim,mən becərdim
Özgələr biçdi getdi.
Tırmandım Qaf dağına,
Baxdım yolun ağına,
Keşgə dönə bileydim
Ömrün cavan çağına.
5.0
100% (2)