1
Yorum
1
Beğeni
5,0
Puan
563
Okunma
Quru palçıqdan çönmüşəm,
Çönüb Adəmə dönmüşəm,
Göylərdən indi enmişəm
Ayağımın tozu ilə.
Fırlanıb mələk başıma,
Açıbdı kələk başıma,
Ortalıqda təkbaşıma
Savaşıram yüzü ilə.
Bu qərib cana qıymışam,
Duvarda deşik oymuşam,
Başımı dərddə qoymuşam,
Təpəgözün gözü ilə.
Söz götürdü hara məni,
Əynimdə zərxara məni,
Çəkib dardan dara məni,
Asılmışam çözü ilə.
Qoyma minnəti boynuma,
Daş atma bəylik aynama,
Tanrım,oynama,o ynama,
Əkməyimin duzu ilə.
Bu dünya nəyi andırar,
Vurma,əlini yandırar,
Şairi şair qandırar
Beş on kəlmə sözi ilə.
qandırmaq-anlat mak manasında
5.0
100% (1)