1
Yorum
1
Beğeni
5,0
Puan
853
Okunma
Bir türlü yaratmışdın,
Dünya həmin dünyadır.
Sehirli yaratmışdın,
Dünya həmin dünyadır.
Nə xasını dəyişmiş,
Nə tasını dəyişmiş...
Libasını dəyişmiş,
Dünya həmin dünyadır.
Qır yapmış suratına,
Əlim yetmir çatına,
Minmiş kəhər atına,
Dünya həmin dünyadır.
Qaşqasından tanırdım,
Bir az farklı sanırdım,
Düzələr,inanırdım...
Dünya həmin dünyadır.
Bir üzü gönül çalan,
Bir üzü afi ilan,
Dədəsi filan filan,
Dünya həmin dünyadır.
həmin-aynı
5.0
100% (1)