0
Yorum
0
Beğeni
0,0
Puan
1193
Okunma
Gönlüm atlanıbdı,gedək,
Gedək biz olmayan yerə.
Dostarası söhbət olar,
Gedək söz olmayan yerə.
Oynayaq,gülək doyunca,
Fələk gözündən qoyunca,
Barmaklarını sayınca
Gedək yüz olmayan yerə.
Üzək Kürü,aşak Kafı,
Seçək düzü,seçək safı,
Tanrının rəhmi,insafı
Gedək az olmayan yerə.
Baxıram, izlər öpülür,
Yarama tüzlar təpilir,
Başıma tozlar səpilir.
Gedək toz olmayan yerə.
Sırrımı açdım yazana,
Bir bahara,bir hazana,
Yazından gəldim cəzana,
Gedək yaz olmayan yerə.
Tərs yamağa yüz dedilər,
Sitəm edib döz dedilər,
Yalanıma düz dedilər,
Gedək düz olmayan yerə.
Ver əlini qardaş,gedək,
Tələsməyək,yavaş gedək,
Gözlərimizdə yaş gedək,
Gedək göz olmayan yerə.
Kür- Azərbaycanda çay
Kaf-Kafkas dağları
*