1
Yorum
1
Beğeni
5,0
Puan
990
Okunma
Tökülür zülf üzünə,sevgilim
seyranə gələndə,
Oluram bülbülü mən baği-
gülüstanə gələndə.
Piri mən loğmanı mən,eşqi bulub
xəstəsi olmuş,
Gündə bir naz eləyir dərdinə
dərmanə gələndə.
Gecənin hikməti var,tər sinədə
anlada bilsən,
Doyurur zövqü onun əyyami-
sübhanə gələndə.
Bir gözün,bir dodağın cürəti nə
sirri faş etsin,
Çəkəcək dərdi bu baş, qətlinə
fərmanə gələndə.
Bilmədim,var demədim mən bu
gözəl,hüsnü cəmalə,
Vermədim haqqı payın almağa
yar canə gələndə.
Kim qoyub eşqi
miras,varisiyəm,valisiyəm həm,
Vahidəm,mən Sabaham sorsalar
ünvanə gələndə.
*
5.0
100% (2)