1
Yorum
1
Beğeni
5,0
Puan
818
Okunma
Ya şeytan ol, aldat məni,
Ya insan ol, anlat məni,
Ya Tanrı ol,əffeyləmə,
Ya al məni,ya sat məni.
Ya zalim ol,bərbad elə,
Ya məzlum ol,fəryad elə,
Ya hakim ol,can mülkümü
Ya dağıt,ya abad elə.
Ya mürşid ol,cəbrin olsun,
Ya mürid ol,səbrin olsun,
Ya şəhid ol,cihad için,
Ya adın,ya qəbrin olsun.
Ya özün ol-mərdü mərdan,
Ya füzun ol-şəbi hicran,
Ya seyyid ol ənəlhəqqə,
Ya dərviş ol,ya laməkan.
Ya Vahid ol,hakka düzlən,
Ya abid ol.dağda gizlən,
Ya canım ol,tərk eyləmə,
Ya sən mən ol,ya mən də sən.
5.0
100% (1)