1
Yorum
1
Beğeni
5,0
Puan
718
Okunma
Mat qalmışam bu dünyanın işinə,
Aldı məni,çəkdi azı dişinə,
Qara Oğlan çox da döymə
döşünə,
Mis pul kimi xırdalayar səni də.
Qüvvətı var,qüdrəti var,gücü var,
Qiyamı var,qisası var,öcü var,
Peşkeşi var,həracı var,bacı var,
Danamazsan bircə ovuc dəni də.
Tanrısıdır nütfədən can düzəldən,
Mələk yapıb,sonra şeytan
düzəldən,
Gədanı xan,xanı sultan düzəldən,
Odur bilən öləcəyin günü də.
Mən Vahidəm,Tanrı özü göndərib,
İman verib,hakk yoluna döndərib,
Gün gələcək miniyinə mindirib
Aparacaq uzaqlara məni də.
mat qalmaq-şaşırmak
mis pul-bozuk para
xırdalamaq-harcamak
dən-buğday (tane)
danmaq-inkar etmek
düzəltmək-yapmak
miniyinə mindirmək-aracına
bindirmek
5.0
100% (1)