1
Yorum
2
Beğeni
5,0
Puan
794
Okunma
(uzaklara giden yol)
Hər saatın öz hökmü var,qədərdi,
Kipriyimdən yük asılıb,kədərdi,
Yerə sığmır,göyə sığmır,bu dərdi
Mən çəkirəm neçə aydı,a yollar.
Yar divanı hakdı,yara aparın,
Əmr eyləsə çəkin dara aparın,
Kəfən bulun ölsəm,gora aparın,
Allah verən ömür paydı,a yollar.
Dörd bucaqdan üçü məndən aralı,
Soruşmayın haralıyam,haralı,
Gözləməkdən gözüm kökü saralı,
Gedənlərim qayıdaydı,a yollar.
Sırtınıza dayaq verıb dizimi,
Naxış vurdum lopa-lopa izimi,
Geçənlərin əllisimi.yüzümü,
Mən saymadım,fələk saydı,a
yollar.
Gögsünüzə sığınmışam nə vaxtı,
Axtarıram qarış qarış o baxtı,
İnciməyin Vahid sizə qonaqdı,
Gedər bir gün desəz- "haydı",a
yollar.
hökm-hükm
qədər-kader
göy-gök
neçə-kaç
gözləmək-beklemek
qayıt-dön
baxt-kader
qonaq-misafir
5.0
100% (2)