1
Yorum
1
Beğeni
5,0
Puan
614
Okunma
(uzaklara giden yol-6)
Durnaların uçan yeri,
O yeri kimsə tanımır.
Geden gedir,dönmür geri,
O yeri kimsə tanımır.
Arılar orda ballanır,
Buludlar yerə sallanır,
Küləklər ora yollanır,
O yeri kimsə tanımır.
Yalançının babası yox,
Qurançının əbası yox,
Dilənçinin libası yox,
O yeri kimsə tanımır.
Cəmşidin camı ordadı,
Əlifi,lamı ordadı,
Kim bulmuş hamı ordadı,
O yeri kimsə tanımır.
Mələklər şeytan daşlayır,
Ov ovlayır,quş quşlayır,
Dünya o yerdən başlayır,
O yeri kimsə tanımır.
*
külək-rüzgar
əba-üst geyim
Cəmşidin camı-doğuda efsane
5.0
100% (1)