1
Yorum
2
Beğeni
5,0
Puan
855
Okunma
Ünlü bir şairimiz vardı,qürbətə gedənləri heç sevməzdi,onları azarlardı,yamanlardı.
Mən də yazdım:
.
Niyə gedir qürbət elə gedənlər,
Qürbət nədir bilə bilə gedənlər,
Niyə gəlmir,dönmür hələ,gedənlər,
Şair,niyə saxlamadın gedəni,
Heç sordunmu nədir dərdi,nədəni.
Qürbət eldə kimi gedib yad etdin,
Neçə sınıq gönülləri şad etdin,
Kürsülərdə haray çəkdin,dad etdin,
Təbə gəlib söz deməyə nə var ki,
Qalanlara "döz" deməyə nə var ki.
Yaşamağın yüz dərdi var,bilirsən,
Çörək dərdi,söz dərdi var,bilirsən,
Hər gedənin öz dərdi var bilirsən,
Asan deyil belə dərdi daşımaq,
Binə qurub yad ellərdə yaşamaq.
Qartal uçar-dağa möhtac,
Sarı bülbül bağa möhtac,
Bir ovuc torpağa möhtac
ölən qərib.
*
5.0
100% (2)