1
Yorum
1
Beğeni
5,0
Puan
1239
Okunma
Əlimdə taleyin izi,
Dəyişdirir zaman bizi,
Əyir beli,bükür dizi,
Tökülür diş,ağarır baş,
Qocalırıq yavaş-yavaş.
Dünən ata,bugün baba,
Bu son fürsət,bu son çaba,
Gedir karvan,köçür oba,
Gilələnir gözumdə yaş,
Qocalırıq yavaş-yavaş.
Aynan keçən günnən ötür,
Dost-tanışlar gennən ötür,
Qızlar daha yannan ötür,
Nə bir baxış,nə bir göz-qaş,
Qocalırıq yavaş-yavaş.
Umud varmı bu sabaha,
Əzab ucuz,ləzzət baha,
Dil də sözə baxmır daha,
Dinmiyeydim deyirəm kaş,
Qocalırıq yavaş-yavaş.
Əkirəm,bağım saralır,
Baxıram,gözüm qaralır,
Gələnə səbrim daralır,
Gileylənir qohum-qardaş,
Qocalırıq yavaş-yavaş.
qocalmaq-yaşlaşmak
5.0
100% (1)