1
Yorum
0
Beğeni
5,0
Puan
1225
Okunma
(qısaldılmış)
...Nə var hökmdarı vəsf eləməyə,
Nökəri vəsf elə hünərin varsa.
Qolun qandallanar,dil in kəsilər,
Sətirdən bir vergül əskik olarsa.
Böhtan,yalan yazıb hər sətirində
Alimi zindana göndərənlər var.
Əyrini düz yazıb hökmdarları
Həqiqət yolundan döndərənlər
var.
Sür-sümuk umanlar,məqsəd
güdənlər,
Quyruq bulayırlar,torb a tikirlər.
Bircə quruşu da itməsin deyə,
Sözü tərəziyə qoyub çəkirlər.
...
Saxta təbəssümə baxın üzündə,
Durub ağasının önündə müdam,
Saxta sədaqəti,etibar ıyla
Milləti güdaza verir bu adam.
Deyir tərifləri ilhamla,şövqlə,
Elə bil,mirvari düzür o sapa.
Qanqalı gül kimi tərif eləyir,
Bəlkə,mənsəb ala,vəzifə tapa.
Divdən,təpəgözd ən adam
düzəldir,
Qarını sırıyır qız əvəzinə.
Təpəyə dağ deyir,kolluğa meşə,
Qışı tərifləyir yaz əvəzinə.
...
Paslı mismarı sən çürük taxtaya
Yeridə bilərsən,çala bilərsən.
Arxana güvənib qalxdığın yerdə
Bir müddət beləcə qala bilərsən.
Aslanı aldadıb tülkü ətini,
Qaban əvəzinə pay apararsan.
Dediyin tərifə umduğun kəsdən
Para qopararsan,pay qopararsan.
Bəs sonra.Bəs sonra.Bəlkə bir
zaman
Vicdanın oyandı durdu üzünə.
Yazdığın təriflər vərəqdən çıxıb
İti xəncər kimi batdı gözünə...
Aman,qoca şair,qiymətini bil,
Sözü ucuz bilib çölə tullama.
Saraylar,qəsrlə r səninçin deyil.
Bir qələm,bir dəftər,bir kasıb
koma-
Əsl şair üçün həyat bax budur.
Bir parça çörəklə bircə bardaq su,
Görər aclığını,susuzl uğunu.
Yetər var arzusu,şöhrət arzusu.
Apar insanları üfürə sarı,
Orda günəş batmır, orda işıq var.
Apar insanları işığa sarı,
Qurtar əsarətdən,zülmd ən
qurtar!!!
*
5.0
100% (1)