1
Yorum
1
Beğeni
5,0
Puan
1198
Okunma
Pərvanəsən çıraqlarda ,
Pıcıltısan dodaqlarda,
Get ol məndən uzaqlarda,
Qayıtma heç çağırsam da,
Ürəyimdə ağrısam da.
Gözəllərin şahanəsi ,
Səhər erkən şeh danəsi,
Qədərimin bir dənəsi,
O da məndən aralıda,
Vuran da mən, yaralı da.
Əlim daraq saçlarına,
Gül taxacaq saçlarına,
Kim baxacaq saçlarına?
Mən ölüb gedəndən sonra.
Sevərsənmi məndən sonra?
Ələndim bəxt ələyində,
Sovruldum küləyində,
Yer tapmasam ürəyində,
Sənə vida edəsiyəm,
Qəribliyə gedəsiyəm
Karvan gedər tozu qalar ,
Yollar boyu izi qalar,
Ürəyimdə közü qalar –
Qalar həzin xatirələr,
Gedən gedər, gələn gələr.
5.0
100% (1)