0
Yorum
0
Beğeni
0,0
Puan
940
Okunma
Bir de,kim itirmiş,de kim tapacaq,
Bütün ömrüm boyu mən itirəni.
Vaxtsız ölüm belə qorxutmur,ancaq
Həyatı itirmək qorxudur məni.
Hələ düzəlməmiş nə qədər səhvim,
Ömür kitabımda neçə sual var.
Hələ dillənməmiş bəmdə sarı sim,
Hələ məhəbbət var,hələ vüsal var.
Hələ tapmamışam sirli adamı,
Hara baxıramsa ümman görürəm.
Dağlardan qayıdan əks- sədamı
Düzlərdə əriyib susan görürəm.
Dünya varlığımı bilməyib hələ,
Hələ axtarıram özüm özümü.
O qız görüşümə gəlməyib hələ,
Hələ yığmamışam yoldan gözümü.
Demirəm dünyaya şair doğuldum,
Məni şair edən kədərim oldu.
Bu gün həqiqətəm,dünən nağıldım,
Əlimdə qələmim kəsərim oldu.
Hələ yazmamışam gördüklərimi,
Bir dünya sevincim,bir dünya qəmim.
Hər məni axtaran tapmaz yerimi,
Sirli bir aləmdi mənim aləmim.
*
Ümman-deniz
Nağıl -masal
Əks-səda-yankı
Özüm özümü-kendikendimi
Kəsər-bıçak