0
Yorum
0
Beğeni
0,0
Puan
893
Okunma
Mənə o şərabdan bir qədəh
süzün,
Unudum kədəri,qəmi bu gecə.
Bilməm hardan belə yadıma
düşdü,
Ömrümün cavanlıq dəmi bu gecə.
Xəyallar can verdi gönül quşuma,
Qayıtdım,baş vurdum on beş
yaşıma.
Nələr gətirmədi sevda başıma.
Hələ ağzımdadı tamı bu gecə.
İçdim xəyalları mən udum-udum,
Zülmətdən özümə köynək
toxudum.
Özüm öz başıma çaldım,oxudum,
Ağladı kamanın bəmi bu gecə.
Gündüzəm,gün batıb günsüz
qalmışam,
Sünbüləm,tökülü b,dənsiz
qalmışam.
Soyuq yatağımda sənsiz
qalmışam,
Bəs kimi çağırım,kimi bu gecə.
*