0
Yorum
0
Beğeni
0,0
Puan
897
Okunma
Bir nazlı qız görəndə
sən yadıma düşürsən,
Bir gözəl üz görəndə
sən yadıma düşürsən.
Yazanda ilk sətrimi
sən yadıma düşürsən,
Gün açanda çətrimi
sən yadıma düşürsən.
Külək əsir,söyüdlər
saçını darayır,bax,
Gün doğur,açır sabah-
sən yadıma düşürsən...
Bir qız keçir önümdən.
Əlindəki o,həmən
qərənfildi,rəng i qan.
O qızı gördüyüm an
sən yadıma düşürsən.
Açıb bəyaz yelkəni
dəniz çağırır məni,oxsayıram
ləpəni-
sən yadıma düşürsən...
Sahildə qumruları
yemləyirəm hər axşam.
Üzü dənizə sarı
durmuşam,dayanm ışam.
Bir cüt cavan sevgili
öpüşürlər gizlicə.
Lal dəniz,sakit gecə-
sən yadıma düşürsən.
Bir oda var ağlımda.
Sınıq qapı,qırıq cam...
Gönlümün rübabını
çalır həzin xəyallar,
qüssəliyəm bu axşam.
Yanımda qərib gölgən
saçlarımda bəyaz dən,
Sən yadıma düşmüsən,
sən yadıma düşmüsən.