1
Yorum
1
Beğeni
5,0
Puan
759
Okunma
Günəş kimi yanırsan,
Şamsan,alovlanı rsan,
Sevgini nə sanırsan,
Əyləncəmi,sarış ın.
Aldın əlimdən mənim
Gündüzumü,gecəm i
sarışın.
Mən nökər,sən şah mənə,
Yazıq mənə,ah,mənə,
Dön,bir dəfə bax mənə,
Rəhmin gəlsin,sarışın.
Sənə həsrət gözlərim
Qoy dincəlsin,sarış ın.
Mən kəpənək,sən gül ol,
Mən süsən,sən sünbül ol,
Küsərəm,şirindi l ol,
Barışmaram,sarı şın.
Xətrimə dəymə mənim,
Sonbaharam,sarı şın.
Nə yaman keçir illər,
Karvandı köçür illər,
Ömrümü biçir illər,
Qocalıram,sarış ın,
Gözləmə daha,sən get,
Mən qalıram,sarışın .
5.0
100% (2)