Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
Vahid Sabah
Vahid Sabah

MƏN HİÇ BU İNSANLARI TANIYAMADIM

Yorum

MƏN HİÇ BU İNSANLARI TANIYAMADIM

0

Yorum

1

Beğeni

0,0

Puan

1251

Okunma

MƏN HİÇ BU İNSANLARI TANIYAMADIM

...Mən heç bu insanları
tanıyammadım!
Gəzdiyim qədər də gördüm.
Gördüklərim görmədiklərimə
nisbət edəməz.
İnsanlar gördüm qocalmış,
qumlu səhralar kimi
üzləri qırış-qırış.
İnsanlar gördüm,özüm kimi-
həyat dediyimiz bu zorluqlardan
usanmış,yorulmu ş.
...Mən heç bu insanları
tanıyammadım!
...Hürr bir yaşam arzulardım-
səmalarda uçan bəyaz göyərçinlər
kimi.
Bir dəniz arzulardım-
mas-mavi bir dəniz.
Sahilində vəhşi meşələrin
ucaboy ağacları.
Gündüz günəş,gecələrsə ay
işığı...
Bir də yelkənləri küləkdən
tarıma çəkilmiş tənha bir gəmi.
Fəqət,xəyalları mda dəyişdiyim
bu dünya
gerçəkdə məndən yana olmadı!
Qədərim beləymiş,bilməm ki.
Mən uzun bir yoldaydım,sanki .
Bu yolçuluq çoxmu sürəcək,
səfərim beləymiş,bilməm ki.
...Mən heç bu insanları
tanıyammadım!
Qarşıma çıxana salam verib
lütfkarlıq göstərdim-
arxa çevirib dişini qıcadı.
Ac gördüm,çörək verdim-
əlimi dişlədi.
Təzə-tər qərənfillər uzatdım-
mənə güllə tuşladı.
...Mən heç bu insanları
tanıyammadım1
İllərlə içimdə özümlə,
dışımda insan deyilən
bu yaradılmışlarla vuruşdum-
ədalət,həqiqət və xeyrxahlıq
zəfər çalıb dünya düzəlsin deyə.
Düzəlmədi bu dünya,düzələmmə
di,
heç düzələmmədi!
Yüz iyrmi dörd min peyğəmbər
təzələmək istədi,təzələnm ədi,
heç təzələnmədi!
Gecələr röyalarda gördüyümü
gündüzlər rəngli filmlərdə
görəmmədim.
Çünki,mən bu insanları
tanıyammamışdım !
Dənizlər altında,meşələr içində
yaşayanlar tanış gəlirkən
əzəmətli saraylarda
yaşayanlar kimi uçuq daxmalarda
yaşaynlar belə mənə yanlış gəlir.
...Mən heç bu insanları
tanıyammadım!
Daşlardan az ömrü olan
yonulmuş heykəllər var.
Zindan məhbusları kimi
postament üstündə dayanarlar.
"Mənəm"liyi mənliyinin üstündə
duran
insanların oxşamaq üçün
yapdıqları
bir inşa,bir yaranış.
Çoxu iblislər kimi naməlum,
azı peyğəmbərlər qədər tannış.
Günahkar babaların
günahkar oğullarının
yapdığı faydasız bir iş,
mənasız oxşayış.
...Mən heç bu insanları
tanıyammadım!
İnanadıqlarında n daha çox
qorxduqları tanrıları var ikən
həl də tanrılar yaparlar.
Seçilmiş insanların göstərdikləri
cənnətin yolları ap-aydın
görünürkən
aqranlıq köşələrə çəkilıb,
bir nəfəslik dünya ləzzətinin
qiymətinə
cəhənnəm taparlar.
Alnına gün doğanların
kölgə ardınca gedər.
Kölgə ardınca gedənlər
gün işığını görmürkın
əbədiyyət işığına möhtac olar!
Çünki,xülya gedər,gerçək qalar.
Mənim tanıdıqlarım bunlarmışsa,
heç bu insanları tanıyammazdım!
...Mən heç bu insanları
tanıyammadım!
Xeyrxahlıq var ikən yamanlıq
edərlər,
həqiqət yerinə yalan söyləyər,
sevgi var ikən,nifrət edərlər.
Müdrik,alim,möm in insanlara
ağız büzürkən,
təlxəklərə,mütr üb və çəngilərə
rəğbət edərlər.
Off! Bu nə biçim dünya kı,
qəbahətə rəvac verənlərin
əvəzinə
salehlər səfalət və yoxsulluq
girdabına düşüb,
qiyamət arzulayarlar.
Varlıların təlaşla,kasıbla rın ısə
səbirsizliklə gözlədikləri o anın
son dəqiqələrində
belə ayılmadıq!
Çünki,biz bir-birimizi
tanımamışdıq.
...Mən son sətrlərimi yazıram.
Gecənin yarısı.On ikiyə beş dəqıqə
var.
Bir fincan qəhvə içib
televızorda son xəbərləri
gözləyirəm.
Reklamları verir bütün kanallar.
Pampersdən tutmuş bahalı
avtomobillərə kimi
hər şey tanıdılır.
Tnıdılmayan,tək cə insanlardır,
mənim tanımadığım insanlar.
Mən heç bu insanları
tanıyammadım!!!
*

Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
MƏn hiç bu insanları tanıyamadım Şiirine Yorum Yap
Okuduğunuz MƏn hiç bu insanları tanıyamadım şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
MƏN HİÇ BU İNSANLARI TANIYAMADIM şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL