0
Yorum
0
Beğeni
0,0
Puan
652
Okunma
Göyün bütün sirrini içinə yığmış
gecə,
Gündüzün səs-küyündən bir
sükut doğmuş gecə.
Novruz tonqallarından qalan közə
oxşayan
Göz vuran ulduzlardır-səm ada
hər yer,hər yan.
Otağımda bir məzar səssiyliyi
hökmran,
Yarım qutu siqara,kofe üçün bir
fincan,
On beş damcı valerian...
Bu gecə könül dostum,ev
arkadaşım mənim.
Sirli,məchul gecələr-mənim xəyal
məskənim.
Pərdəsiz pəncərəmi külək açır
yarı,kəm,
Zülmət soxur özünü içəriyə,bax
bu dəm.
Çırağın alovunda əriyir,heçə
dönür,
İçimdəki istəklər yollarda köçə
dönür...
...Tanrı qulaqlarıma pıçıldamış bir
zaman:
-Bir dua öyrədimmi sənə,ey aciz
insan.
Tanridan incimişdim,küsm üşdüm
həmin vaxtlar,
Bu günahkar gönlümə dua
eyləyərmi kar.
Qovmuşdum xəyalımdan
hələ,mələklərin i,
Qanımla sulamışdım gönül
çiçəklərini.
Bəlkə,bir zaman açdı,ətir yaydı
dişarı,
Bəlkə danışdı,dindi bəxtin qara
daşları...
O vaxtdan illər ötdü.İndi hər
gün,hər axşam
Tanrı dualarına tamam möhtac
qalmışam.
Layla çalıb gönlümün dəcəl dərdi-
sərinə,
Nəğmələr oxuyuram duaların
yerinə:
-Pəncərədən daş gəlir,
Ay bəri bax,bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax,bəri bax.
Səni mənə versələr,
Ay bəri bax,bəri bax,
Hamıya da xoş gəlir,
Ay bəri bax,bəri bax.