2
Yorum
1
Beğeni
5,0
Puan
1166
Okunma
Ruhum var mənim
Fələklə çarpışan, göylə əlləşən
“Ruhani” havalı ruhum var mənim.
Sırsıra sındıran, sal buz əridən
Əslində əməlli “uh”um var mənim!
Sınırlar, sərhədlər beləmi sısqa,
Sən də bir kəsiyim, anlat Ahıska?
Yırtıcı üzlərdə yırtılsın maska,
Azarım, amanım, ahım var mənim!
Xətai şah babam, Nizami şeyxim,
Füzulim, Firdovsim, Vaqif, Xəqanim,
Şəhriyar, Sefil Şenlik, miskin Nəbim,
Gör neçə şairim, şahım var mənim!
Hökmdarım fərmanını tərs verdi,
Dərdi – qəmi dəfələrlə bəs verdi,
Atatürküm düz dünyaya dərs verdi,
Söylənəsi söz silahım var mənim!
Tarixə baxıram şanlı, şahənşah,
Türk dünyam düşünsə heç çəkərmi ah?
Ay Allah, deməli türklüyüm günah,
Dəryada qərq olan Nuhum var mənim!
Bir bayrağ altında birləşsin bəlkə,
Bir dinli, bir dilli dağılmış ölkə?
Xırda bölgələrə bölünməz bölgə,
Hüseyn, səndemə zahım var mənim!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
23.06.2012-ci il
5.0
100% (1)