0
Yorum
1
Beğeni
5,0
Puan
914
Okunma
Körpələr də küçələrə atılarmış
Adəmi torpaqdan yaratdı Allah,
Atasız – anasız xəlq oldu vallah.
Ona həmdəm oldu qabırğa Həvva,
Daşlara sitayiş edən müqəvva.
Di gəl olma möcüzəyə sən valeh,
Hər canlıya Tanrı yazmış bir taleh.
Dillərdə dastandı Zərnigar – Valeh,
Qayadan yarandı dəvə də, Saleh.
Şəkk eləmə, şəhadəti şəkildi,
Çarmıxa çəkildi həzrəti İsa.
İman da gətirtdi sehrbazlarda
Sehrli əsayla peyğəmbər Musa.
Sübut üçün kim axtarsa, arasa
Yaradanım, yazılmışdı harasa,
Atasız – anasız yaranan varsa,
Altıncı varlıqdı canlı yarasa.
Səmud qövmü öz rəbbini tanımamış,
O səbəbdən mərhəmətdən uzaq qalmış.
Şeytan şərinə uyanlar cəzalanmış,
Möcüzədə nə İlahi ibrət varmış.
Ata – anasız doğulan məsumlar da
Bir bəlaya baiskarmı, günahkarmı?
Alınarmış, satılarmış, ala – toran
Ay Allahım, küçələrə atılarmış!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
05.06.2012
5.0
100% (1)