2
Yorum
0
Beğeni
5,0
Puan
979
Okunma
Xoş halına bulaqların
Çeşmələri cəngi çalar
Zəmzəm sular zəngi çalar,
Ləl suları ləngi çalar
Zümzüməli bulaqların.
Şırıldayar, şıppıldayar,
Şıltaqlıqdan şırşır axar,
Soyuq, sazaq sırsır axar,
Gözü göynər bulaqların.
İştah açar diş göynədən,
Həzm eləyər yaxşı gödən,
Adam da keçməz öynədən
Öyrəşəndə, bulaqların.
Duru axar, xası gedər,
Yaylaqların yası gedər,
Qulaqların pası gedər,
Payızı pak bulaqların.
Yazı, yayı say cənnətdi,
Zimistanı vay, zillətdi,
Kam almasan oy, illətdi
İlham verən bulaqların.
Qarı qurdlar buzlaqların,
Duzu nemət duzlaqların,
Səngərli, aç qulaqların,
Xoş halına bulaqların.
~~~~~~~~~~~~~~~~~~
04.06.2012-ci il
5.0
100% (1)