2
Yorum
0
Beğeni
5,0
Puan
2709
Okunma

Sən sonuncu imamsan ,
Sən ümidsən, pənahsan,
Sən ən gözəl kəlamsan ,
Sən Sahib-əz Zamansan.
Dünyanı bürüyüb şeytan əməli,
Ruhları əsarət alıb şər pəri .
Qəlbləri sovurur həsəd yelləri,
Sən gəl xilas eylə Mehdim bizləri.
Bilirəmki gələnsən ,
Dünyanı fəth edənsən,
Şeytanın şər yuvasın
Darmadağın edənsən.
Sən imamlar ağası ,
Sən Həsənin balası ,
Sən Peyğənbər ədası,
Mehdim Muhəmmədin xeyir duası.
Bugün dualarda sən yaşayırsan ,
Axı sən duanın ən saf halısan .
Bugün qəlblərdə də inan sən varsan,
Çünki sən ürəyin şah damarısan.
Sən Mehdisən, Hadisən,
Sən Xatəmsən, Qaimsən,
Fərqi yoxdur sən kimsən
Çünki sən saf mələksən .
Kaş yetişəydi zühur zamanı
Qəlblərin sevgiylə döyünən anı.
Sahib-əz Zamanla görüş zamanı
Allaha çatmaq üçün yalvarış anı.
Allahın sən bəxşi, ən əziz qulu,
Varlığın sən sonsuz, tükənməz nuru,
Dünyanın xilası, pisliyin sonu,
Xudam söylə çatsın onun zühuru.
5.0
100% (2)