2
Yorum
0
Beğeni
5,0
Puan
1712
Okunma

Bir gecə yarısı gəl döy qapımı ,
Sevginə möhtacam , sənə möhtacam.
Bir payız səhəri qayıt geriyə ,
Sənsiz bir dənizdə boğuluram mən .
Gecələr çox uzun , çox tənha sənsiz ,
Gündüzlər çəkilməz yenədə sənsiz .
Aylar , illər , qərinələr keçdi bax ...
Yenədə sənsizəm , sənsizəm , sənsiz .
Qaranlıq meşədə bataqlıqdayam ,
Qayıt gəl əl uzat puç olmayım mən .
Zülmət bir gecədə yox olmaqdayam,
Qayıt gəl əl uzat yox olmayım mən .
Yenə doğ gecəmə yanar günəş tək ,
Aydınlat sənsizlik çökmüş gecəmi .
Qayıt gəl həmdəm ol yenədə mənə,
Bu sənsiz qəlbimə , sənsiz ömrümə...,
Qayıt gəl bir daha getməmək üzrə .
5.0
100% (2)