3
Yorum
1
Beğeni
5,0
Puan
1466
Okunma
Sənsiz bir gecəm daha geridə qaldı
Yeni bir sabahmı açılacaq ah ?.
Sənsiz keçən günün nə önəmi var?
İnanki qəlbimdə yalnız ismin var.
Ayların, illərin hətta dəqiqənin
Yaşanmış günlərin və gələcəyin
Sənsizlik dərd olan bu gənc qəlbimin
Sənsizsə bir soruş mənasımı var?
Bir bilsən bu qəlbim necə səbirsiz,
Sevgisi nə qədər saf və təmiz.
Bir bilsən hər gecəm sənsiz çox səssiz
Bir söylə qəlbdə yas-matəmmi var?.
Artıq çoxdandır ki, yazdan xəbər yox
Çiçəyin ətri yox, quşun səsi yox
Qışdan başqa elə bil heç bir fəsil yox
Qəlbimdə yalnızca şaxta, boran var
5.0
100% (2)