2
Yorum
0
Beğeni
0,0
Puan
3175
Okunma

Tökülür gözlərdən yaş gilə-gilə,
Səbəbli-səbəbsiz ağlama belə.
Yazığın gəlmir mi gözəl gözlərə?
Ağlamaq yaraşmır sevgilim sənə.
Ağlamaq istəsən qoynumda ağla,
Əlimdən tutaraq dizimdə ağla.
Yanımda ol ki, mən təsəlli edim,
Səni göz yaşından mən xilas edim.
Baxıram dolubdur bulud tək gözlər
Hər an yağacaaqmış kimi görünür.
İnanki sən mənə yalan demirəm
Ağlamaq yaraşmır sevgilim sənə.