Ya Hüseynim
Gül baxçasında bir gül gəzirəm,
Peyğəmbər qoxusunu səndə gəzirəm. İmamlar içindən səni seçirəm, Bugün mən şəhidim səni gəzirəm. Fatimə anamı qoymusan ağlar, Bugünsə ağlayır bütün analar. Qalıbdır başsız, tək, yetim bacılar, Yer,göy sənə ağlar Ya Hüseynim. Dodaqlar söyləyir qəmli ağılar, Ard-arda oxunur yasin, Quranlar. Artıq quruyubdur axar bulaqlar, Qəmdən ağarıbdır dəndən bu saçlar. Hüseynim yanında məndə olaydım , Sənə toxunanlara qənim olaydım. Başına sadağa, ehsan olaydım, Sənsiz qalmaqdansa, məndə solaydım. Alnından axan o qan olaydım mən, Düşdüyün daş, torpaq, qum olaydım mən, Sənə kölgə tutan bulud olaydım, Təki son məqamda məndə olaydım. Qəlbimdən ucalır dualar bugün, Sənə ünvanlanır sədalar bugün, Allahın rəhməti sənindir bugün, Şəhidim məclisim sənindir bugün. |
nerde be bu şairimiz niye yokk