8
Yorum
1
Beğeni
5,0
Puan
1346
Okunma

Sənə çatmaq , dərdi atmaq istərəm,
Ruhuma ruh , canıma can istərəm .
Təkcə sənə, mən tək sənə köləyəm
İbadətlə sənə gəlmək istərəm .
Günahım bəlkədə savabdan çoxdur,
Etdiyim tövbənin say, hesabı yoxdur.
Mən sənə sığınıb kömək dilərəm
Sonsuz mərhəmətdən bir pay istərəm.
Allahım sevgimi ülvi tuturam ,
Sanki mən eşqinlə nəfəs alıram,
Sənə layiq qul olmaq arzularam,
Səcdədə də yalnız səni anıram.
Ey uca yaradan əfv eylə bizi,
Cənnətin əhlindən sən eylə bizi,
Səndən diləmirəm mən dilənirəm,
Peyğəmbər qonşusu sən eylə bizi.
5.0
100% (1)