5
Yorum
3
Beğeni
5,0
Puan
1301
Okunma

İnsan bu dünyaya nə ilə gələr?
Üstündə geyimlə, yoxsa diliylə?
İnsan bu dünyaya çılpaq bədənlə,
Birdəki tər-təmiz ruh ilə gələr.
İnsan bu dünyada nə üçün yaşar,
Pul üçün, mal üçün, yoxsa şan üçün?
Mənim tək insanlar namusçün yaşar,
Yalnızca təmiz, pak ad üçün yaşar.
İnsan bu dünyadan nə ilə köçər?
Var ilə, mal ilə, yoxsa taxt ilə?
İnsan bu dünyadan ağ kəfəniylə,
Tutduğu niyyəti, əməlləriylə…
5.0
100% (4)