Ödünç alınan son kuruşla ödenen ilk kuruş arasında tabii muazzam bir fark vardır. goethe
huseyn
huseyn

Kim doğan?

Yorum

Kim doğan?

( 1 kişi )

1

Yorum

1

Beğeni

5,0

Puan

1112

Okunma

Kim doğan?

Kim doğan?

Əriyər damla – damla,
Axar, gedər ağ şamlar.
Şölə salar dördyana
Yana - yana axşamlar.

Közərir köz-kömür, manqalım maşam,
Madəm var həyatım, ömürüm, yaşam,
Deməli düşməmiş əlimdən qələm,
Hər şeyə hazıram, yazıram hələm.

Dağların darılan, duman vaxtıdı,
Gün gözə görünmür, güman vaxtıdı,
Göylərin gözünü yuman vaxtıdı,
Əsassız deyilmiş şübhəm, vəlvələm.

Sırsıra bağlamış sıra dağlaram,
Göyçəgöl, Göygöləm, dərin Divsizəm,
Kəpəzəm, Murovam, Murğuz, Şahdağam,
Qosqoca Qoşqaram, qoca Ləlvərəm.

Atəşəm, ocağam, odam, alovam,
Bir barıt çəlləyi, qırma, qırovam,
Nadürüst, namərdlə heç olmaz aram,
Arsızdan-pirsizdən çox gen gəzərəm.

Bağlara baxıram, bağrım yarılır,
Dağlara baxıram, qəlbim darılır,
Sayrılıq sinəmə saymaz sarılır,
Saymayandan salam almaz, saymazam.

Hər əsrdə bitən mindi, bitkin bir,
Hər əsrdə yetən mindi, yetkin bir,
Hər əsrdə ötən mindi, ötkün bir,
Beləsini adda - budda kim doğan?

Aylarım, illərim eləcə gəldi,
Anlarım, günlərim beləcə keçdi,
Həsrətli çağlarım ömürdən biçdi,
Bikeflik, qəhərdi qəlbimi boğan.

Heş şübhəsiz nər olacaq nər doğan,
Şər, şeytanın doğduğu da şər, boğan,
Ağrı çəkən analardı, ər doğan,
Doğulacaq ər oğuldan Ərdoğan.

Zamanın gərdişi çaşdıra bilməz,
Mən oğuz oğluyam, od - ocağımı
Səngərli, köpəklər söndürə bilməz,
Göz yaşardar, sulandırar göz soğan.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
01.01.2012-ci il

Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Kim doğan? Şiirine Yorum Yap
Okuduğunuz Kim doğan? şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Kim doğan? şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Dikçe
Dikçe, @dik-e
1.1.2012 17:32:58
5 puan verdi
nə gözəl idi şeir öz dilində hüzndən sıyrılıb eşqə qucaq açan

ürəyiniz daim olsun sevgiler saygılar eşq ilə
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL