0
Yorum
0
Beğeni
0,0
Puan
787
Okunma
Qatarından qalan durna
Qurda, quşa qismət olar.
Anlaqlı, aqil adamda
Abır - həya, ismət olar.
Söz gəzdirmək, ara vurmaq,
Qurma qurmaq, üzə durmaq,
Yaxşı işi yana burmaq
Xainlərdə xislət olar.
Ay Səngərli, pərdə saxla
Ünsiyyətdə pirlər ilə,
Pərt olarsan pərtöv ilə,
Höcətlərdə hörmət olar?
~~~~~~~~~~~~~~~~~~~
04.01.2012-ci il