Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
elbeyicelaloglu
elbeyicelaloglu

Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Yorum

Xoş gəldin könlümə, xoş gəldin, Allah!

0

Yorum

0

Beğeni

0,0

Puan

1518

Okunma

Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Xoş gəldin könlümə, xoş gəldin, Allah!






Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Göz yumdum dünyanın ləl-gövhərinə,
Ağladım “Haqq” deyə, tuş gəldin, Allah!
Bir ağıl oyatdım ağıl yerinə,
Bütün dəyərlərdən baş gəldin, Allah!

Dərk etdim cismimin hər əzasını,
Tanrı qədərini, Haqq qəzasını.
Açdım idrakımın darvazasını,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Səni təfsir etdi zəkama “Quran”,
Məhəmməd yoluna qədəm qoydu can.
Helmimi bağlarkən elmimə vicdan,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Qəlbim şükr edəndir, dilim zikr edən,
Səbrim müzəffərdir hər işgəncədən.
Həqiqət evinə qulundur gedən,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Qəlbim təmizləndi, arındı kirdən,
Könlüm agah oldu hər cürə sirdən.
Feyzim yox çiçəkdən, güldən, ətirdən,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Könül Kəbəsinə etdim meracı,
Doyura bilmədi eşqin bu acı.
Sənin təcəllandı başımın tacı,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Dünyanın həvəsi yandı gözümdə,
Nəfsin məzarı da yoxdur izimdə.
Qeyri bir istəyi gəzmə sözümdə,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Oxşamaz ruhumu nə şəhvət, nə var,
Mənlik aramıza çəkər sərt divar.
Sənin tək bir yarım, bir sevgilim var,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Ədəblə yürüdüm Fənafillaha,
Eşqinlə çatmışam Bəqabillaha.
Sən ki, canımdasan, nə dərdim daha,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Elbəyi uymadı şana, şöhrətə,
Səbr edir yolunda hər cür möhnətə.
Axirət gözümdə dönüb cənnətə,
Xoş gəldin könlümə, xoş gəldin, Allah!

Elbeyi Celaloğlu

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Xoş gəldin könlümə, xoş gəldin, allah! Şiirine Yorum Yap
Okuduğunuz Xoş gəldin könlümə, xoş gəldin, allah! şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Xoş gəldin könlümə, xoş gəldin, Allah! şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL