1
Yorum
0
Beğeni
5,0
Puan
915
Okunma
Mücərrəd dünyam
Sözümüzün bitdiyi yer,
Son nəfəsin getdiyi yer,
Ömrümüzün bitdiyi yer
Heç o yerə yetişməsin.
İnciməsin ixtiyarlar,
İllər, aylar iztirablar,
İzimizin itdiyi yer
Yerə - yurda ilişməsin.
Səyriməsin göz də yaman,
Tələsiyir hara zaman?
Öz vaxtından versin aman,
Ömür vaxtsız ötüşməsin.
Səma mücərrəd mücrüdü,
Müəmmalı bu mücrüdə
Hər insanın öz bürcü var,
Varlıq solub, bürüşməsin.
Müəmmalı dünyam mənim,
Mübtəladı min mərəzə,
Məftun olub məşəqqətə,
Dilimə düyün düşməsin.
Ay Səngərli, qara - qara,
Qopacaqsa göz - göz yara,
Can uğrasa calaqlara,
Qaynaqları bitişməsin.
~~~~~~~~~~~~~~~~~~~
15.09.2011-ci il
5.0
100% (2)