0
Yorum
0
Beğeni
5,0
Puan
784
Okunma
Könlüm istəyir
Qışdan elə bezmişəm ki,
Yazıq könlüm yaz istəyir.
Yellər yaman əsir, kəsir,
Sazaq sinəm saz istəyir.
Neçə - neçə xanı, sultan
Taxt-tacından saldı Sübhan,
Təslim oldu cəllada can,
Cahil canlar caz istəyir.
Zəmanənin üzü sərtdi,
Gərdişinə dözən mərddi,
Ay Səngərli, dünya dərddi,
Dəli dünyam naz istəyir.
~~~~~~~~~~~~~~~~~~~~~
10.09.2011 – ci il
5.0
100% (1)