Kılavuzu para olana her kapı açıktır. shakespeare
huseyn
huseyn

Gül dərən

Yorum

Gül dərən

( 1 kişi )

1

Yorum

1

Beğeni

5,0

Puan

980

Okunma

Gül dərən

Gül dərən

Siyah saçı sinəsinə
Dağılıbdı, tellər pərən,
Şirin dinib, şirin gülən,
Nə şirinsən a gül dərən.

Gümüş zülfü günə sərən,
Gərgin varmı məntək görən?
Güdazına gedərəm mən,
Gülərüzlü a gül dərən.

Gülmək sənə çox yaraşır,
Çax sinəmə, ox yaraşır,
Yalan desəm, yox yaraşır,
Yaman günüm, a gül dərən.

Gərilərək, gərdən gərən,
Sürtdün sürmən, bəyaz sinən,
Yaz yaxanı dəstələsən,
Dərdin alım, a gül dərən.

Ləbin gülün ləçəyidi,
Dilin şehli çiçəyidi,
Gözün göllər göyçəyidi,
Gözəl–göyçək a gül dərən.

Göz eyləsəm gözüm çıxsın,
Kül altından közüm çıxsın,
Niyə söhbət, sözüm çıxsın,
Gənclik getdi, a gül dərən.

Başı bağlı, örtüklərə,
Hörmətim var hörüklərə,
Atma kömür körüklərə,
Kölən ollam a gül dərən.

Buraxma başlı - başına,
Qurbanam kiprik, qaşına,
Qarışaram göz yaşına,
Yalvarıram a gül dərən.

Gül də dəstə, bel də dəstə,
Boyan normal, boy da bəstə,
Bəs deyincə de ahəstə,
Ah çəkdirmə a gül dərən.

Bət-bənizin dümağ kağız,
Say sayəndə sayrı, sağız,
Ay qız desən bircə ağız,
Ayıbdımı a gül dərən?

Durna gözlüm, durumum zor,
Sən od - alov, mən isə qor,
Görk olanı götürməz gor,
Durma belə, a gül dərən.

Bir özünü, bir məni gör,
Bur, burmala birçəyin hör,
Səngərlinin gününü gör,
Görk olmayaq, a gül dərən.
~~~~~~~~~~~~~~~~~~~~~
Bakı, 16.09.2011-ci il







Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Gül dərən Şiirine Yorum Yap
Okuduğunuz Gül dərən şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Gül dərən şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
flycan57
flycan57, @flycan57
1.10.2011 16:42:44
Durna gözlüm, durumum zor,
Sən od - alov, mən isə qor,
Görk olanı götürməz gor,
Durma belə, a gül dərən.


harika...kutlarım...saygılar...
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL