Ödünç alınan son kuruşla ödenen ilk kuruş arasında tabii muazzam bir fark vardır. goethe
huseyn
huseyn

Söylə kardeşim

Yorum

Söylə kardeşim

( 1 kişi )

1

Yorum

0

Beğeni

5,0

Puan

1144

Okunma

Söylə kardeşim

Söylə kardeşim

(Şair Seyraqif Coculunun
“Benim YOK,SUL Kardeşim”
başlıqlı şerinə qarşılıqlı)

Bizlərdə zəifə zəli deyirlər,
Kəlçəyə dağların kəli deyirlər,
Düzünü deyənə dəli deyirlər,
Sizlərdə necədi, söylə kardeşim.

Biçarə, biəlac, bihal insana
Bizlərdə dünyanın bici deyirlər,
Kirmişə, fağıra gici deyirlər,
Sizlərdə necədi, söylə kardeşim.

Bizlərdə nənəyə cici deyirlər,
İblislik insanın imici deyirlər,
Cindara, cibgirə ciddi deyirlər,
Sizlərdə necədi, söylə kardeşim.

Boşanmış qadınlar ərsizdir, duldur,
Dula tamah salan qudurmuş, quldur,
Qulduru yolundan azdıran puldur,
Sizlərdə necədi, söylə kardeşim.

Bankirlər oyanıb, baxtın yatanda,
Dirilib lap gordan gəlsin atan da,
Bizdə aldadırlar alıb - satanda,
Sizlərdə necədi, söylə kardeşim.

Adamlar öz dərdi, öz azarında,
Şıdırğı alver gedir bazarında,
Qolları qandallanır yazarın da,
Sizlərdə necədi, söylə kardeşim.

Qanunu vecinə heç alanmı var,
Soyan, çapan, qapan, heç talanmı var,
Böhtan, iftira, eh, heç yalanmı var,
Sizlərdə necədi, söylə kardeşim.

Yırtsın da özünü yüz də “ANS”1,
Lap olsun pul-paran, əşi nə biznes,
Bir kəsdən gözləmə sağol, malades2,
Sizlərdə necədi, söylə kardeşim.

Zurnada zuy tutur dədə dəmkeşim,
Qəmişdəndi tütəyi də, qəmkeşim,
Qərəz, bizim yollar toz, eşim – eşim,
Sizlərdə necədi, söylə kardeşim.

Mafiya, mafioz, hər yan inhisar,
İzinə keçərsən, qulaqlar, asar,
Səni kim dinləyər, kim qulağ asar?
Sizlərdə necədi, söylə kardeşim.

Sığınacaq yurd, sıcağı söndürür,
Qucağ açan od qucağı söndürür,
Bir nanəcib min ocağı söndürür,
Sizlərdə necədi, söylə kardeşim.

Necolur bilmirəm heç neftim, qazım,
Ucuzca ulayır, uf, tulam, tazım,
Hansını söyləyim, hansını yazım,
Sizlərdə necədi, söylə kardeşim.

Müftəxoru, bərk gedəni, yeyini,
İflic olub böyüklərin beyini,
Açılmayır millətimin eyini,
Sizlərdə necədi, söylə kardeşim.

Milyardlar əriyir kərə yağı tək,
Kababı köz üstə nərə yağı tək,
Təklənib ortada dərə, dağı tək,
Sizlərdə necədi, söylə kardeşim.

Dağların başında qalan qar qurtlar,
Bizdə gön sökürlər qurdlar, manqurtlar,
İnanmam türk olan bunları kutlar,
Sizlərdə necədi, söylə kardeşim.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Qeyd: 1.ANS – Ans tv; 2.Malades – afərin mənasında.
03.08.2011-ci il

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Söylə kardeşim Şiirine Yorum Yap
Okuduğunuz Söylə kardeşim şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Söylə kardeşim şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Seyraqif Coculu
Seyraqif Coculu, @seyraqifcoculu
13.8.2011 15:27:21
5 puan verdi
Her mısrsrada her satırda bir mena yükü olan bir şiirdir.
Burada bir halkın derdi deyil tüm insanlığın problemleri
araştırılır. Cemiyyetin bu günki durumu aytınlaçdırılır.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL