1
Yorum
0
Beğeni
0,0
Puan
1092
Okunma
Türkə sevgi
Türk oğluna, Türkə sevgi
Bu canımda, qanımdadı.
Qara gündə, darayaqda,
Dar günümdə yanımdadı!
Dərdlərini dərdim bildim,
Güllərini dərdim, bildim,
Şərqisini şərqim bildim,
Şən günümdə yanımdadı!
Topum, tüfəngim, yarağım,
Arxamdadı Ağrıdağım.
Neyləyəcək namərd yağı,
Yaman gündə yanımdadı!
Türkdü Türkə arxa, dayaq,
Ayıq - sayıq, daim oyaq,
Gavırların gözün oyaq,
Oğuz, qıpçaq yanımdadı!
Nə türkməni, nə uyğuru,
Tükənməz Türkün uğuru,
Aydan arı, sudan duru,
Ur – urvatım yanımdadı!
Türk qürurum, Türk qürrəmdi,
Qarı düşmən qılıncından
Damcı – damcı al qan əmdi,
Tüləklərim yanımdadı!
Hoy deyərsən, hoya yetər,
Toy deyərsən, toya yetər,
Tək bu sevgi soya yetər,
Soydaşlarım yanımdadı!
Ay Səngərli, beş Zal verər,
Hay deyərsən beş hay verər,
Bir istərsən, beş pay verər,
Paşalarım yanımdadı!
~~~~~~~~~~~~~~~~~~~~~~~~
13.08.2011-ci il