0
Yorum
0
Beğeni
0,0
Puan
833
Okunma
Gözlərin aydın
Səda, səmir, səs gəlir,
Qaranquşlar qayıdı,
İndi aprel ayıdı,
Ay da doğub, apaydın.
Çəmənlərin, çöllərin,
Aynagözlü göllərin,
Görüşünə qayıdı,
Göllər, gözlərin aydın.
Cəh-cəhi bülbüllərin
Harayıdı, hayıdı.
Ağacların, güllərin
Çiçək açan ayıdı.
Quşların dimdiyindən
Sehirli nəğmələri
Qamarlayıb, qapaydın,
Qəlblərə yol tapaydın.
Ay halı birtəhərlər,
Bu tüstülü şəhərlər,
Zaman-zaman zəhərlər,
Hava aydın, hal aydın.
*
Ey Səngərli, səhərlər
Səni boğur qəhərlər,
Kişnər qulun, kəhərlər,
Köhlənini çapaydın.
~~~~~~~~~~~~~~~~~
09.04.2011-ci il, 14:38:10