8
Yorum
1
Beğeni
5,0
Puan
2124
Okunma

HƏDİYYƏ.
Sevgililər günündə,
gecə
hədiyyə verəcəyəm saçlarımı
sənə.
Sən də əllərini hədiyyə verərsən
mənə.
Səhər açılanda,
günəş
səni saçlarımla özünü asdığın
məni isə əllərinlə özümü boğduğum zaman
işıqlandıracaq.
Bəlkə...
bundan sonra
bir-birimizi başa düşərik.
Bəlkə...
bundan sonra
dünyanın ən böyük problemi olan
“anlamaq dərdi”ni
güldürə bilərik.
5.0
100% (5)