3
Yorum
0
Beğeni
5,0
Puan
1185
Okunma

OTAĞIM
Dünən gecə
üzü quzeyə baxan
künclərini mamır örtmüş
pəncərəmin
qarşısında yatdım
gül dibçəyi kimi....
Bu sabah
pəncərəmin qarşısındakı
otağımı
qaranlıqlaşdıran
soyudan
kədər ətri saçan
qocalmış gül kolunda
dara çəkdim
səni.
Otağım daha da
qaranlıqlaşdı.
Tərs kimi şam da yanmır
....Külək əsir otağımda.
5.0
100% (6)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.