0
Yorum
11
Beğeni
5,0
Puan
111
Okunma
Qoca qəlbi elə bil ki,şüşədi,
Toxunmayın qocaların qəlbinə.
Ləkə saldın elə sil ki,şüşədi,
Toxunmayın qocaların qəlbinə.
Baş deməyin,diş deməyin yanında,
"Düzəlməz bu iş" deməyin yanında,
Toyuğa da kiş deməyin yanında,
Toxunmayın qocaların qəlbinə.
Göz kipriyə,dodaq dişə əmanət,
Yaz gəlincə günəş qışa əmanət,
Eləməyin siz bayquşa əmanət,
Toxunmayın qocaların qəlbinə.
Kim yaşadı ömrü dönüb başından...
Lillənəndə su süzülməz daşından,
Elə edin utanmasın yaşından,
Toxunmayn qocaların qəlbinə.
Danışmayın ölüm adlı əcəli,
Allah verər,bəndə verməz macalı.
Yaşasınlar qoy qarılı-qocalı,
Toxunmayın qocaların qəlbinə.
5.0
100% (2)