2
Yorum
6
Beğeni
5,0
Puan
534
Okunma

Mərceyi – təqliddi bu, dində müşavir qoyan.
Ayəni təhrif edib, isminə təfsir qoyan.
Fitrə, zəkat yığdılar görmədi ümmət fəqir,
Bəs kim alıb, kim yeyib? – Mollanı müxbir qoyan.
Kimdi soyan xalqımı, kimdi alan əqlini?
Xalqa imamnan deyib ruhuna tə’sir qoyan.
Hansı imam eyliyib dində ticarət? - Desin,
Yasini dollar görüb, məscidə tacir qoyan.
Mərceyi – təqlid budur! İndi görən hardadı?
Yeddi il bundan qabaq şe’rimə təhqir qoyan!
Başla Anar yazmağa haqqı görən yol tapar,
Olmadı dərs ümmətə, yetmədi Sabir qoyan
Müəllif: Anar Əhəd
5.0
100% (2)