0
Yorum
4
Beğeni
5,0
Puan
549
Okunma
Haqqın sözüdür Qur’an, qövmün onu tərk etdi
Nazil eliyən Rəhman, qövmün onu tərk etdi
Mövhumə edib iman, qövmün onu tərk etdi
Təsdiq də edir Furqan, qövmün onu tərk etdi
Həm şiə deyər haqqam, həm snnü də dər əlbət
Gəl hər ikisi hali olmaz nə deyər ayət.
Mən cəfəriyəm şiə, mən sünnü yolum sünnət
Təfriq eliyib hər an, qövmün onu tərk etdi
Təsdiq də edir Furqan, qövmün onu tərk etdi.
Nadanə güman etmə, bir ar edə peyğəmbər!
Əqlində oyanmaq yox, əfkar edə peyğəmbər!
Bir ayəni bir surə təkrar edə peyğəmbər!
Lap olsada fəhm asan qövmün onu tərk etdi.
Təsdiq də edir Furqan, qövmün onu tərk etdi.
Şe’rimdə olan ayə peyğəmbərimin halı
Misramda gəzən qəmlər, qəlbimdə yara xalı
Daglar əridən Qur’an döndərmədi əhvalı,
Nəymiş görəsən insan! Qömün onu tərk etdi.
Təsdiq də edir Furqan, qövmün onu tərk etdi.
Qəmər surəsi 17, 22, 32, 40 ayələri
Həşr surəsi ayə 21
Müəllif: Anar Əhəd
5.0
100% (1)