1
Yorum
4
Beğeni
5,0
Puan
928
Okunma

Keçirsən hamı baxır,
Mən də baxım mı sənə?
Taxılım addım-addım,
Çiçək taxım mı sənə?
Gözəllərin öncəsi,
Sarı gülün qönçəsi,
Sən biyaban yoncası,
Mən su axım mı sənə?
Bu nə bədən,nə əyin,
Əbruşam mı mənbəyin,
Sən gəlin ol,mən bəyin...
Xına yaxım mı sənə?
*
5.0
100% (2)