0
Yorum
7
Beğeni
5,0
Puan
686
Okunma
Getdiyini sandım ,ürək bomboş səhra kimiydi,
Sanki vardın hər kəs kimi,halımsa tənha kimiydi,
Sükutu dinlətdin mənə
Nə deyim sənə?
Sənmi qəribəsən,ya mən anlamıram sevgi nədir?
Qəlbinlə mənim deyilsən,zaman,məkan bəhanədir,
Yoxluğu öyrətdin mənə
Nə deyim sənə?
Gecələrin sonu yox, gündüzlər boşa gedir
Ürəyimdən su içsə gözlərim yaşa gedir,
Həsrəti satdın mənə
Nə deyim sənə?
5.0
100% (1)